Çinin Uhan şəhərində meydana gələn və sürətlə yayılan koronavirus Cənubi Amerika ölkəsi olan Ekvadorda da insanlara çətin günlər yaşadır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə artıq koronavirusdan ölənləri basırmaq üçün qəbirtsanlıqlarda yer qalmayıb. Polislər son çarə olaraq ölənləri evlərinin önünə qoyublar.

Bu dəfə isə həmin cəsədlərin küçədə qalıb çürüdüyü görüntülər yayılıb. Fotoların yayılmasından sonra meyitlər küçələrdən götürülüb.

Prezidentin Köməkçisi isə bu məsələ ilə bağlı xalqdan üzr istəyib.