Koronavirusa yoluxan Böyük Britaniyanın Baş Naziri Boris Consonun vəziyyəti pisləşdiyindən reanimasiya şöbəsinə yerləşdirilib.

Unikal.org xəbər verir ki, bu barədə hökumət başçısının ofisi tərəfindən yayılan məlumatda deyilir.

“Bu gecə Baş Nazirin vəziyyəti pisləşdi və həkimlərinin tövsiyəsi ilə o, reanimasiya şöbəsinə köçürüldü. Baş Nazir Xarici İşlər naziri Dominik Raabdan xahiş etdi ki, onu əvəzləsin”, - deyə sənəddə qeyd olunub.