Dünyada epidemiyanın ən çox yayıldığı ABŞ-da hadisələrin və ölümlərin yarısı Nyu Yorkda baş verir.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki,  Nyu Yorkda koronavirusun yeni növü (COVID-19) epidemiyası səbəbindən təxminən 5 min insan həyatını itirib. 

Mətbuat konfransında New York valisi Andrew Cuomo, ştatda 130 min 689 nəfərin koronavirusa yoluxduğu barədə açıqlama verib. 

Həmçinin də, Cuomo, sosial məsafə qaydalarına əməl etməyənlərə 1000 dollaradək cərimə ödəyəcəyini söyləyib.