Çində yeni növ koronavirusun (COVID-19) yayılmasından bəri son 24 saat ərzində ölüm hadisəsi baş verməyib. 

Unikal.org Çin KİV-ə istinadən xəbər verir ki, Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamada, ölkədə “COVID-19” hadisələrinin  yanvar ayından bəri ilk dəfə ölüm hallarına rast gəlinmədiyi bildirilib.

Komissiya açıqlamasında, son 24 saat ərzində daha 32 nəfərdə koronavirus aşkarlanaraq  ümumi yoluxanların sayı 81 min 740-a çatdığını qeyd edib.