Avstraliyada koronavirusda ölənlərin sayı 46 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, Cənubi Avstraliya, Tasmaniya, Viktoriya və Yeni Cənubi Uels ştatlarının Səhiyyə nazirliklərinin açıqlamalarına görə, “Covid-19” səbəbiylə ölən daha 5 nəfər həyatını itirib. 

Belə ki,Avstraliya daxilində koronavirusdan ölənlərin sayı 46-ya yüksəlib.

Qeyd edək ki, ölkədə 304 mindən çox insanın “COVID-19” üçün sınaqdan keçirildiyi, 5 min 895 nəfərdə virus aşkarlandığı və onlardan 2 min 315-nin sağaldığı açıqlanıb.