İranda yeni koronavirusun (COVID-19) qorunmaq məqsədi ilə  saxta içkidən zəhərlənərək həyatını itirənlərin sayı 600-ü keçib.

Unikal.org İranın rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, video konfrans metodu ilə mətbuat konfransı təşkil edən Hakim Erki sözçüsü Qulam Hüseyin İsmaili, yüzlərlə insanın spirt zəhərlənməsi səbəbiylə öldüyünü bildirib.

Belə ki, İsmaili, "Spirtli içki istehlakı (COVID-19 qarşı) müalicə üsulu deyil, ölümcüldür.Ölkə daxilində 3000-dən çox insan zəhərlənib və 600-dən çox insan ölüb” deyə əhalini xəbardar edib. 

Ölkədə istehsal olunan və yayılan alkoqolun qanunsuz olaraq tələb olunan standartlara cavab vermədiyini qeyd edən İsmaili, alkoqol istehsal edən insanların çoxunun tutulacağını və ağır cəzalandırılacağını söyləyib.