Malayziyanın inzibati paytaxtı Putrajaya, yeni növ koronavirusun (COVID-19) yayılması səbəbindən qırmızı zonalar elan edilmiş şəhərlər sırasına alınıb. 

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, dünən Putrajaya, Melaka və Negri Sembilan əyalətləri daxil olmaqla “Covid-19” halının sayının 40-dan çox olduğuna görə əyalətlər qırmızı bölgəyə daxil olan şəhərlər sırasına alınıb.

Qərardan sonra, Malayziya boyunca “COVID-19” yoluxmuş qırmızı bölgələrin sayı 21-ə yüksəlib.

Digər tərəfdən, Malayziyada  koronavirusa yoluxanların sayı son 24 saat ərzində 170  nəfərə virus diaqnozu qoyulub və ümumi yoluxanların sayı  3 min 960-a çatıb.

Ölənlərin ümumi sayının 63-ə yüksəlməsinə baxmayaraq, sağalmış insanların sayının 1321 olduğu qeyd olunub.