Əməkdar artist Könül Kərimova yeni villasını nümayiş etdirib.

Unikal.org xəbər verir ki, sənətçi ATV-də yayımlanan “Bizimləsən” proqramında evindən canlı bağlantı edib.

Bu zaman aparıcı Zaur Baxşəliyev ifaçıya “Yeni evindəsən” deyə sual ünvanlayıb. K.Kərimova isə Zaura bu sözlərlə qarşılıq verib:

“Hə, yeni evimdəyəm. Bəzən kiməsə xoş gəlmir. Amma vallah biz müğənnilərin də bundan başqa nəyi var ki? Neçə illərdir toylara gedirik, evimiz də olmasın? Olmayanda da deyirlər ki, nə gündəsiniz”.(axşam.az)