İranda 54 əsgərə yeni növ koronavirus (COVID-19) diaqnozu qoyulduğu bildirilib.

Unikal.org İranın rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki,  Baş Qərargah rəisi Nahuda Rahmanipur, ölkədə ilk "COVID-19" hadisəsindən bəri hərbi qurumlarda bütün lazımi tədbirlərin görüldüyünü bildirilib.

Rəhmanipur, Silahlı Qüvvələr daxilində indiyə qədər “COVID-19”dan ölüm hadisəsinin olmadığını da qeyd edib.

Bu günə kimi İranda koronavirusdan can itkisi 3 min 872, yoluxanların sayı isə 62 min 589-a çatıb.