Efiopiya xalqı dünyada bir ilkə imza ataraq virusun daha tez bitməsi üçün insanları bir məzhəbə toplamağa çalışıb. 

Unikal.org məlumat verir ki, ölkədə müxtəlif din və məzhəblərdən ibarət qrup, koronavirusun daha tez bitməsi üçün bütün müsəlmanları və xristianları ibadət etməyə və oruc tutmağa çağırıb.

Belə ki, Efiopiya Prezidenti Sahle-Work Zewde də bu kampaniyanı dəstəkləyib. Dini qurumların epidemiya ilə mübarizədə xalqı yetişdirmək üçün məsuliyyət daşıdığını və problemin aradan qaldırılması üçün qətiyyətli və birgə yaşamağa ehtiyac olduğunu söyləyib. 

Qeyd edək ki, bu günə qədər Efiopiyada koronavirusa yoluxanların sayı 44-ə, həyatını itirənlərin sayı 2-yə çatıb.