Qərbi Afrika ölkəsi olan Nigeriyanın Adamava ştatının Kirçinqa kəndinə gələn “Boko Haram” terrorçuları ətrafa nizamsız atəş açmağa başlayıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 13 nəfər terror hadisəsinin qurbanı olub.

Məlumata görə, hücum əsnasında bir çox ev yandırılıb, xalqın qida məhsulları da terrorçular tərəfindən oğurlanıb.

Qeyd edək ki, “Boko Haram” terror təşkilatının 2009-cu ildən indiyədək keçirdiyi hücumlar nəticəsində 20 mindən çox insan həlak olub. 

Terrorçular 2015-ci ildən başlayaraq Nigeriyanın qonşu ölkələri - Kamerun, Çad və Nigerdə də terror aktları törədiblər.