Norveç bütün dünyaya təsir edən koronavirus epidemiyasına qarşı Avropada koronavirusa qarşı  qələbə elan edən ilk ölkə olub.  

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Norveçin Səhiyyə naziri Bent Höie, ölkədə “Covid-19” yayılmasının nəzarət altında olduğunu açıqlayıb.

Belə ki, Höie, keçirdiyi mətbuat konfransında, “Əgər kəskin tədbirlər görməsəydik, biz də Avropanın digər ölkələri kimi virusla kəskin mübarizə şəraitində olacaqdıq” deyərək virusun tam nəzarət altında olduğunu və tez bir zamanda ölkədə bitəcəyini bildirib. 

Qeyd edək ki, “Covid-19” testlərinin 111 min 299 nəfərin olduğu Skandinaviya ölkələri arasında ən çox yayıldığı Norveçdə 5 min 755 nəfərdə virus aşkar edilib. 
5 milyon 368 min əhalisi olan Norveçdə indiyə kimi 59 nəfər “Covid-19” səbəbiylə həyatını itirib.