İngiltərədə daha 758 nəfər koronavirusun qurbanı olub.

Unikal.org “Sky News”a istinadən xəbər verir ki, İngiltərədə virus qurbanlarının sayı 5 655-ə çatıb.

Daha öncə Şotlandiyada ölənlərin sayı 296-ya, Uelsdə 193-ə, Şimali İrlandiyada isə 73-ə çatdığı açıqlanmışdı.

Beləliklə, Birləşmiş Krallıqda koronavirusdan ölənlərin sayı 6 217 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 363 000-i ötüb. Bunların 293 839 nəfəri sağalıb, 76 383 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.