Yeni növ koronavirus (COVID-19) Çində meydana gəlsə də, hal-hazırda dünyada ən çox koronavirus xəstələrinin olduğu ölkə ABŞ-dır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu səbədən ABŞ-da koronavirusun yaratdığı təhlükəni azaltmaq üçün bir çox tədbirlər həyata keçirilir.

Artıq bir müddətdir ki insanların lüzumsuz yerə evdən çıxmaları qadağan olunub. Nəticədə şəhərlərin əsas küçələri boş qalıb.

Miçiqan ştatında boş qalan küçələrdə maral sürüsü görüntülənib. Heyvanların buraya gəlib çıxması insanların böyük marağına səbəb olub.