Qlobal miqyasda neftə olan tələb aşağı düşüb.

Unikal.org xəbər verir ki, dünyada neftə olan tələb 30 milyon barel yəni, 30% azalıb.

Ötən günlərdə ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Səudiyyə Ərəbistanının neft tədarükünü azaltmaq barədə razılığa gəldiyini iddia etmişdi. Rusiya isə bunun əsasız olduğunu açıqlamışdı.

Trampın açıqlamasından sonra bazar ertəsi günü 23 dollara qədər enən "Brent markalı" neftin qiyməti yenidən 30 dollar səviyyəsinə yüksəldi.