Latın Amerikası ölkələri arasında epidemiyadan ən çox təsirlənən Braziliyada yeni növ koronavirus (COVID-19) nəticəsində ölənlərin sayı 686-ya yüksəlib.

Unikal.org “Worldometer” veb saytına istinadən məlumat verir ki, Braziliyada son 24 saat ərzində koronavirusdan ölənlərin sayı 122 nəfər artaraq, ümumi virus qurbanlarının sayı 686-ya çatıb. 

Qeyd edək ki, ölkədə 1418 nəfər virus daşıyıcısıdır. 

“COVID-19”dan ölənlərin sayı Braziliya və Cənubi Amerikanın ən böyük şəhəri olaraq bilinən və epidemiyadan ən çox təsirlənən San-Pauloda 304 nəfərə yüksəlib.

Belə ki, San-Paulo Qubernatoru Joao Doria, mətbuata verdiyi açıqlamada, şəhərin ikinci ən böyük parkında yerləşən İbirapuera Atletika Stadionunun virus altında sahə xəstəxanasına çevriləcəyini açıqlayıb. Doria, sahə xəstəxanasını 1 Maya qədər bitirməyi hədəflədiklərini söyləyib.

Martın 18-də epidemiyanın ölkədə ən çox yayıldığı Rio-de-Janeyro və San-Paulu ştatlarında elan edilmiş fövqəladə vəziyyətin aprelin 22-dək davam etdiyi bildirilib.