Çinin Uhan şəhərində meydana gələn və bütün dünyada yayılmağa davam edən koronavirus səbəbiylə ABŞ-da ölənlərin sayı durmadan artır.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki,  ABŞ-da son 24 saat ərzində  918 nəfər virusun qurbanı olaraq, ümumi ölənlərin sayı 12 min 907-yə çatıb. 

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 399 min 886-ya çatıb.