“Ermənistanın siyasi rəhbəliyi növbəti avantüraya imza atdı. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni parlament və prezident seçkiləri keçirməyə cəhd etdi. Güman edirdilər ki, bu addımları beynəlxalq aləmdə müsbət arşılanacaq. Amma tamamilə əksi oldu”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov səsləndirib.

O bildirib ki, bu qondarma seçkilər Paşinyanın mikro-inqilabların tərkib hissəsi kimi təqdim olunsa da, ağır fiasko ilə nəticələndi: “Hadisələrin gedişatı göstərdi ki, Ermənistanın bu niyyəti boşa çıxdı. Heç bir dünya dövləti, heç bir beynəlxal təşkilat Ermənistanın işğal olunmuş ərazilərdə keçidiyi qondarma seçkini tanımadı və öz nümayəndələrini ora göndəmədi. Bununla da Ermənistan rəhbərliyi növbəti dəfə siyasi-diplomatik məğlubiyyətə düçar oldu”.

Millət vəkili onu da qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət Azərbaycanın Ermənistan üzərində siyasi üstünlüyünü tam təmin edib: “İş o yerə çatıb ki, nəinki dünya dövlətləri, Ermənistanın təhbərliyi nə qədər təxribatlara əl atsa, nə qədər siyasi avantüralara getsə, heç kim bu qondarma rejimi tanımayıb. Heç Ermənistnın özü də tanıya bilməyib. Bu da Azərbaycanın siyasi üstünlüyünün bariz göstəricisidir. Diplomatik üstünlüyümüz daha da möhkəmlənməkdədir. Ermənistan rəhbəriyinin bundan öncə də qondarma rejimdə keçirdiyi bir sıra referendum və seçkiləri heç bir dünya dövləti tanımayıb. 31 mart qondarma seçkiləri də buna misaldır. Bu, Azərbaycanın növbəti uğuru kimi dəyərlənirilməlidir. Aprel döyüşləri nümunəsində Azərbycanın hərbi üstünlüyü də ortadadır. Beləliklə, bütün beynəlxalq təşkilatlar bu seçkilərin nəticələrini tanımadılar. Bu, Ermənistan rəhbərliyi üçün bir dərs olmalıdır ki, münaqişənin həlli yollarını tapmaq lazımdır. Belə təxribat və avantüralar münaqişənin həllinə təsir göstərmir, əksinə hadisələrin arzuolunmaz ssenari üzə inkişaf etməsinə zəmin yaradır. Bu cür davranış müharibə ehtimalını daha da aktuallaşdırır, o müharibə ki, Ermənistnın biabırçı məğlubiyyəti ilə nəticələnəcək”.

Murad İbrahimov