Nəsimi rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, icra başçısı Asif Əsgərovun müvafiq əmri ilə,  Bəybala Quliyev  rayon  İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib. O, bu təyinata qədər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

Famil Fərhadoğlu