Türkiyədə tez bir zamanda yayılan və 725 insanın həyatına son qoyan koronavirus can almaqda davam edir. 

Unikal.org xəbər verir ki, 11 gün bundan əvvəl türkiyəli 40 yaşlı Hüseyn  İncirbilen KOAH xəstəliyinı bəhanə edərək,koronavirus müayinəsindən yayınıb. 

Belə ki, Antaliyaya qaçıb gedən Hüseyn İncirbilen 11 gün sonra dostunun evində ölüb. 

Koronavirus testindən imtina edən və buna görədə Antaliyaya gedən Hüseyn İncirbilenin cəsədi tibbi ekspertizaya göndərilib. Həkimlər onda koronavirus testinin müsbət olduğunu açıqlayıb.