Türkiyənin İstanbul şəhərində Kartal xəstəxanasında  oğurluq hadisəsi baş verib. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, koronavirus xəstələrinin yerləşdiyi xəstəxanada həkimlərin və tibb işçilərinin virus xəstələri ilə mübarizəsindən istifadə edən şəxs foyedə olan çantaları oğurlayıb. 

Belə ki, hadisəni törədən şəxsin əməli anbaan təhlükəsizlik kameralarına əks olunub. Xəstəxana polisi tez bir zamanda oğrunu həbs edib.