Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Mərdəkan şossesində qeydə alınıb. “Toyota Camry” markalı avtomobil yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.