Los-Ancelesdəki evində karantində olan məşhur ingilis aktrisa Naomi Watts, sosial şəbəkə hesabından paylaşımı ilə gündəm yaradıb. 

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki,  ev işlərini yerinə yetirən gözəl aktrisa Naomi sosial şəbəkədən hesabında: “756-cı karantin günü printeriniz, tozsoranınız və qabyuyan maşınınız eyni gündə işləmədi” deyə qışqıraraq videosunu paylaşıb. 

Karantin günlərində çətin günlər yaşadığını qeyd edən aktrisaya izləyiciləri tərəfindən sərt reaksiya gəlib. 

Belə ki, izləyiciləri: “Pis gün keçirənlər tibb işçiləridir” deyə aktrisanın paylaşımına reaksiya veriblər.