Şəmkirdə poliklinika binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Şəmkir rayonunda ümumi sahəsi 800 m² olan birmərtəbəli poliklinika binasında döşəmə 1 m² sahədə və divar kağızı 5 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.