Rayondan Bakıya gediş-gəliş qadağan olunsa da, ağır xəstələrin aparılmasına icazə verilib.

Unikal.org xəbər verir ki. bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, həmin şəxslərin xəstəxanaya gətirilməsi və evlərinə qaytarılması təmin olunur:

"Bunun üçün icazələr verilir. Onkoloji və digər ağır xəstələrin həkim nəzarətində olmasına şərait yaradılıb. Rayonlara və Bakıya gediş-gəlişin bağlanmasına baxmayaraq, bu məsələyə diqqət yetirilir".