"Dövlət pandemiya dövründə iqtisadi itkilərə məruz qalmış şirkətlərə müxtəlif yollarla dəstək verir. Bunlardan biri Əməkhaqqı fonduna edilən ödəmələrdir"

Unikal.org-un xəbərinə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

Hökümət rəsmisi bildirib ki, sahibkarlıqla məşğul olan şəxslərin itkiləri qarşılanacaq və onlara yüngül şərtlərlə kreditlər verilməsi nəzərdə tutulur. 

"Bir neçə ay onlara vergi güzəştləri olacaq. Əgər istehlak krediti götürən şəxslərin çalışdıqları şirkətlər fəaliyyət göstərirsə, onların bu barədə dəstəyə ehtiyacı yoxdur. İşləməyən şirkətlərə isə dövlət maliyyə dəstəyi verəcək" deyə o, əlavə edib.

İbrahim Məmmədov həmçinin qeyd edib ki, bu məsələ ilə bağlı vəziyyət təqdim edildiyi qədər gərgin deyil.

Murad İbrahimli