Londonda xəstəxanadan oğurluq edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, adı L.H. olaraq açıqlanan şəxs paytaxtda yerləşən xəstəxanalardan birindən 3 ədəd tibbi maska oğurlayıb. 

Polis tərəfindən saxlanıldıqdan sonra məhkəmə qarşısına çıxarılan 34 yaşlı şəxs 3 aylıq həbs cəzasına məhkum edilib. 

Qeyd edək ki, İngiltərədə yeni növ koronavirus (COVID-19) səbəbindən dünyasını dəyişənlərin sayı dünən açıqlanan rəqəmə görə 6 159 nəfərə çatıb.