Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaşı 65-dən yuxarı olan ölkə vətəndaşların məktub yazıb.

Unikal.org xəbər verir ki, Türkiyədə yaşlı insanlara paylanılan gigeyenik vasitələrin çantasına Prezidentin məktubu qoyulub.

Ərdoğan məktubunda Türkiyənin koronavirusla mübarizədə səhiyyə sisteminin gücündən və hazırlığından yazıb. O bildirib ki, ən böyük məsuliyyət vətəndaşların üzərindədir:

"Xahişim budur ki, epidemiya təhlükəsi aradan qalxana qədər evlərinizdə qalasınız və qəti çölə çıxmayasınız. Bu, sizi epidemiyadan qorumağın ən təsirli yoludur. Heç bir virus, heç bir epidemiya Türkiyədən güclü deyil. "İnsanlar yaşasın, dövlət yaşasın" anlayışı olan bir mədəniyyətin varisləri olaraq prioritetimiz hər bir vətəndaşın sağlamlığıdır".

Ərdoğan yüksək risk qrupuna daxil olan və ehtiyaclarını ödəyə biləcək qohumu olmayan vətəndaşları tək qoymayacaqlarını söyləyib.