Cənubi Koreyada son bir gün ərzində koronavirusa 39 yeni yoluxma qeydə alınıb.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi bildirib.

Qeyd edilir ki, ötən gün ölkədə koronavirusa yoluxmuş 197 nəfər sağalıb. Koronavirusa yoluxanların ümumi sayı 10 423 nəfərə çatıb, 204 insan pandemiyanın qurbanı olub.