ABŞ-ın yüksək tirajlı qəzetlərindən biri olan “New York Times”, Səudiyyə Ərəbistan kral ailəsindən təxminən 150 adamın koronavirus virusuna yoluxduğu barədə məlumat paylaşıb. 

Unikal.org “New York Times” qəzetinə istinadən məlumat verir ki,  Kral ailəsinin müalicə olunduğu özəl xəstəxanalarda işləyən həkimlər bu barədə çərşənbə axşamı gecə göndərilən “yüksək həyəcan”siqnalı ilə məlumat veriblər.

“New York Times” xəbər verir ki, kral ailəsinə yaxın bir şəxsin xəbərinə görə, kral ailəsindən təxminən 150 adam koronavirusa yoluxub.