ABŞ-da 50 yaşdan aşağı yüzlərlə vətəndaşın yeni koronavirus (Kovid-19) xəstəliyi səbəbindən öldüyü bildirilib. 

Unikal.org “"The Washington Post”un məlumatına, əsasən, xəbər verir ki, bu günə qədər “Covid-19”dan ABŞ-da 50 yaşa qədər ən az 759 ölüm hadisəsi baş verib.

Belə ki, məlumatda “Virus yaşlıları öldürür” fikrini təkzib edən son statistika açıqlanıb. 

Koronavirus epidemiyasında, 20 yaşınadək ölüm təhlükəsinin çox aşağı olduğu bildirilib və ölkədə  bu yaş qrupundan olan 9 adam ölüb. Digər məlumatlara görə, 50 yaşına çatmamış virusdan həyatını itirınlərin sayı 759-a çatdığı bildirilib.

Qeyd edək ki, bu günə qədər ABŞ-da 435 mindən çox insanda koronavirus aşkar edilib, 14 mindən çox insan isə həyatını itirib.