ABŞ-da  “Politico Magazine” və “Morning Consult” şirkətinin apardığı sorğuda, əksəriyyət keçmiş prezident Barak Obamanın koronavirusun yayılmasını mövcud prezident Donald Trampdan daha yaxşı idarə edəcəyini düşünüb.

Unikal.org xəbər verir ki, şirkətinin apardığı sorğuda iştirakçıların 52 faizi Obama, 38 faizin Trampın koronavirus xəstəliyini daha yaxşı idarə edə biləcəyini ifadə edib.

Belə ki, sorğuda iştirak edənlərin 54 faizi Trampın qəza idarəçiliyini “pis” və ya “pis deyil” kimi qiymətləndirsə də, “yaxşı” və ya “əla” tapanların nisbəti 40 faiz səviyyəsində qalıb.

Digər tərəfdən, Tramp Demokrat Partiyasının prezidentliyə namizədi Co Baydenlə müqayisədə daha çox seçici olub.

Rəyi soruşulanların 36 faizi Baydenin koronavirus böhranını daha yaxşı idarə edə biləcəyini düşünsə də, Tramp üçün bu nisbət 44 faiz olub.