Dünyada yeni növ koronavirus (COVID-19) diaqnozu qoyulmuş 1 milyon 500 mindən çox xəstədən 330 min 203-ü sağalıb. 

Unikal.org “Worldometer” veb saytına istinadən məlumat verir ki,  “COVID-19” olan ölkələrdə və bölgələrdə,  330 203 nəfər insan koronavirusa qalib gəlib.

Belə ki, 77 min 279 xəstənin sağaldığı Çin, ən çox sağaldılan xəstə ölkədir. Çindən sonra ən çox sağalan ölkələr İspaniya (48 min 21), Almaniya (46 min 300), İran (29 min 812), İtaliya (26 min 491), ABŞ (22 min 828) və Fransa (müvafiq olaraq 21 min 254) bildirilib.