Milli Məclisin iclasında xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulması təklif edilib.

Unikal.org-un xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edib.

Deputatın çıxışına cavab olaraq isə Mərkəzi Bank sədri Elman Rüstəmov bu məsələnin hazırda müzakirə edildiyini bildirib.