Çinin Uhan şəhərində meydana gələn və dünyaya yayılan koronavirus Amazon meşəliklərinədə sıçrayıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Amazon cəngəlliyində yaşayan, xarici dünyadan təcrid olunmuş  Yanomami qəbiləsində ilk koronavirus halı aşkarlanıb.

Belə ki, Yanomami qəbiləsinin 15 yaşlı üzvü koronavirus pandemiyasına yoluxub. 

Qeyd edək ki,  15 yaşlı xəstənin Roraima əyalətinin paytaxtı Boa Vistadakı  xəstəxanada reanimasiya şöbəsində müalicə olunduğu bildirilib.