Alimlər müəyyən ediblər ki, rəsmi adı C/2019 Y4 olan, may ayında Yer kürəsindən adi gözlə görünməsinin mümkünlüyü güman edilən ATLAS kometinin nüvəsi parçalanmağa başlayıb.

Unikal.org AMEA-nın saytına istinadən məlumatına görə, mütəxəssislər indiyədək onun parlaqlığının artdığını müşahidə etsələr də, 3 aprel tarixindən parlaqlığın azaldığını, 5 apreldən etibarən isə NEXT teleskopunun köməyi ilə kometin nüvəsinin parçalanması əlamətlərini aşkar ediblər.

Astronomlar güman edirlər ki, kometin nüvəsinin bundan sonra da parçalanmağa davam etməsi onun parlaqlığını daha da azaldacaq.

""45P/Honda-Mrkos-Pajdusakova" (qısa olaraq - 45P) adlanan kiçik komet Yerə yaxınlaşır. Fevralın 11-də o, Yerə ən yaxın məsafədə olacaq (11,909,145.6 km) və, hava şəraitindən asılı olaraq, binokl və kiçik teleskoplar vasitəsilə belə müşahidə edilə biləcək."

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev AMEA-nın saytına bildirib ki, Günəş radiasiyası kometin buzlu nüvəsini qızdırdıqca, parıltılı qaz şırnaqları kometin yaşıl atmosferinə püskürülür. Kometin buxarlanan nüvəsi (“başı”) diatomik karbon (C2) şüalandırdığından, onun atmosferi də yaşıl rəngdə görünür.

Kiçik Planetlər Mərkəzinin məlumatına əsasən, 1950-ci illərdən bəri ilk dəfə, müasir texnologiyaların müşahidələrdə istifadə olunduğu erada bu, hər hansı bir kometin Yerə səkkizinci ən böyük yaxınlaşmasıdır. Bu isə Yerlə Ay arasındakı məsafədən təqribən 31 dəfə uzaqdır.

Kiçik ölçüsünə baxmayaraq, yaxından keçməsi kometin daha parlaq görünməsinə səbəb olur. Hesab olunur ki, bu həftənin sonunda, dan yeri sökülməzdən qabaq, 45P kometi səmada adi gözlə görünə biləcək (6-cı maqnitudlu) parlaqlığa malik olacaq. Onu müşahidə etmək üçün ən əlverişli vaxt fevralın 9-dan 12-dək Günəş çıxmazdan qabaq alaqaranlıq saatlardır. Komet səmanın şərq hissəsində Herkules bürcünün qarşısından “üzüb” keçəcək, həvəskar və peşəkar astronomlar üçün şəkillər çəkmək fürsəti yaranacaq.