Türkiyənin  məşhur musiqi yazarı və radio proqramçısı Çağlan Tekil vəfat edib.

Unikal.org xəbər verir ki, 15 fevralda beyin qanaması səbəbiylə Cerrahpaşa Tibb Fakültəsi Xəstəxanasında reanimasiyada müalicə görən 49 yaşlı radio aparıcısı müalicə aldığı xəstəxanada həyatını itirib.

49 yaşlı sənətçinin cənazəsi dünən “Karacaahmet” qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, “Laneth”, “Headbang”, “Blue Jean”, “Radio Axis” kimi platformalardan rock və metal musiqinin Türkiyədə inkişafına uzun illər qatqı təmin edən Çağlan Tekilin ölüm xəbəri sənət dünyasını yasa boğub. Bir sıra məşhurlar, sənətkarın ölüm acısını sosial şəbəkə hesablarından bölüşüblər.