Hollandiyanın Səhiyyə Nazirliyi yanında Dövlət Sağlamlıq və Ətraf Mühit İnstitutu (RIVM) “COVID-19” haqqında məlumatı yeniləyib.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Hollandiyada yeni növ koronavirus (COVID-19) epidemiyasına  son 24 saat ərzində  yoluxanların sayı 213 nəfər artaraq 21 min 762-yə, ölənlərin sayı 148 nəfər artaraq 2 min 396-ya  çatıb.