Dünyada koronavirusa yoluxanların və bu səbəbdən ölənlərin sayı durmadan artır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Danimarkaya məxss olan Qrenladniya adasında baş verənlər isə hər kəsin marağına səbəb olub.

Belə ki, muxtar bir ərazi olan bu adada təxminən 80 min insan yaşayır və onların yalnız 770 nəfərinə koronavirus testi edilib. Test nəticələri müsbət çıxan 11 nəfər isə müalicə olunaraq sağalıb.

Məlumata görə, adada artıq 4 gündür koronavirusa yeni yoluxma halı aşkarlanmayıb. Buna baxmayaraq dövlət qadağaları aradan qaldırmağın hələ tez olduğunu düşünür.