Van şəhərində yaşayış binasında yanğın olub.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, yanğın binanın 5-ci mərtəbəsində baş verib. Həmin mərtəbədə yaşayan hamilə qadın isə köməksiz qalıb.

O, özünü pəncərədən aşağı ataraq marketin zirzəmisinə düşüb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.