ABŞ-da polisə hücum edilib.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, hadisə Nyu-York ştatında baş verib. Polis bir nəfəri saxlayarkən hücuma məruz qalıb. 

Belə ki, Nelson Ximenez adlı şübhəli şəxs həmin polisə arxadan yaxınlaşaraq ona yumruq vurub. O, qaçmağa cəhd etsə də yaxınlıqda yerləşən şərab mağazasında saxlanılıb.

Polis 31 yaşlı şəxsdən şikayətçi olduğunu bildirib.