Ukraynada da koronavirusun yaratdığı təhlükə səbəbindən zooparklar bağlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Odessa şəhərində yerləşən bir zooparkın müdiri İqor Belyakov heyvanlara konsert verib. Şəhər bələdiyyəsinin lentə aldığı görüntülərdə onun heyvanlara Ludvig Van Bethovenin mahnısını ifa etdiyi görünür. 

Qeyd edək ki, 1 892 nəfərin koronavirusa yoluxduğu Ukraynada 24 aprel tarixinə qədər karantin rejimi elan edilib. Virusa yoluxanlardan 57-i dünyasını dəyişib, 45-i isə müalicə olunaraq sağalıb.