Dünyanı təsiri altına alan koronavirus pandemiyası haqqında finlandiyalı alimlər araşdırma edib.

Unikal.org xəbər verir ki, Aalto Universitetinin alimləri asqırma və öskürəkdən sonra havaya səpələnmiş mikro damcıların qapalı vəziyyətdə havada neçə dəqiqə qalmasını vizual simulyasiyası ilə təhlükənin dərəcəsini nümayiş etdirib. 

Həmin görüntülərdə virusun necə ötrüldüyü göstərilib.

Koronavirus xəstəsinin supermarketdə asqırdıqdan sonra mikro damcıların 3 kv metr məsafəyə yayıldığı, bir neçə dəqiqə havada dayandığş müşahidə edilib. 

Professor Ville Vuorinen  qapalı məkanlarda mümkan qədər çox qısa müddət qalmağı , günlərini evdə keçirməyi tövsiyyə edib.