"Bu gün koronavirus pandemiyasının yayılması ilə beynəlxalq böhranla üzləşmişik. Bu isə ölkəmiz arasındakı ticarətə mənfi təsir göstərir.

Unikal.org xəbər verir ki, bunu Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Nəqliyyat, gömrük kimi sahələrdə praktiki həllər həyata keçirməliyik. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini Orta Asiyaya qədər uzada bilərik. Türkiyə, Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün qurulan bu yolun Orta Asiyaya qədər uzadılması mümkündür. BTQ ilə gündəlik 3 500 ton yük daşınmasına çalışırıq. Bu mənada üzv ölkələrdən sürücülər üçün vizanın, həmçinin daxilolma məbləğində və digər məsələlərdə işin asanlaşdırılmasını gözləyirəm", - o bildirib.