Cənubi Koreyalı “YouTuber” Sooyoung adlı gənc qadın  son günlərdə yayımladığı videolarla gündəm yaradıb. 

Unikal.org xəbər verir ki, video paylaşma platforması olan “YouTube”da, “Avtonom Sensory Meridian Response” və ya ASMR adı ilə tanınan Cənubi Koreyalı  “YouTuber” Sooyoung, heyvanları diri-diri yediyi videoları paylaşıb. Həmin videolar izləyicilərin mənfi reaksiyalarına səbəb olub.

Ümumiyyətlə ahtapot və ya kalamar kimi dəniz məhsulları yeyən Sooyoung,  sosial şəbəkə istifadəçilər tərəfindən heyvanlara qarşı etdiyi amansız hərəkətlə günahlandırılıb.