Birləşmiş Millətlər Təşkilatı (BMT), Şərqi Afrika ölkələrinin gələcək yağış dövründə sələflərindən 20 qat böyük bir çəyirtkə işğalı ilə üzləşə biləcəyini bildirib.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FOA) verdiyi açıqlamada, COVID-19-a baxmayaraq, bölgə ölkələrində səhra çəyirtkələrinin işğalına qarşı pestisidlə mübarizə tədbirlərinin davam etdirildiyi qeyd edilib.

Açıqlamada, xüsusilə Keniya, Efiopiya və Somalidə 240 min hektar əraziyə püskürtüldüyü və 750 adamın nəzarət əməliyyatları keçirildiyi vurğulanıb.