Malayziya hökuməti koronavirusun (COVID-19) yayılmasını qarşısını almaq üçün ikinci dəfə komendant saatı müddətini uzatmaq qərarına gəlib.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, millət qarşısında çıxış edən Baş nazir Muhyiddin Yasin, Baş nazir olaraq ölkəsindəki hər kəsin sağlamlığı üçün məsuliyyət daşıdığını ifadə edərək, “Səhiyyə Nazirliyi və mütəxəssislərin tövsiyəsi ilə hökumət qismən komendant saatı müddətinin daha 2 həftə uzadılmasını, 28 Aprelə qədər uzatmaq qərarına gəldi” deyə şərhdə bilinib.

Qərarın ölkə daxilində virusla mübarizə aparan tibb işçilərinin işini asanlaşdıracağını vurğulayan Muhyiddin, “Uzatma qərarı Ümumdünya Səhiyyə Təşkilatının ölkələrə verdiyi tövsiyələri də nəzərə alaraq qəbul edildi” deyə çıxışına son verib.

Qeyd edək ki, Malayziya hökuməti, 18 Martda, COVID-19 püskürməsi ilə mübarizə üçün qismən komendant saatı elan edib və insanların əsas ehtiyaclar xaricində 2 həftə müddətində çıxmalarını tamamilə qadağan edilib.

Martın 25-də hökumət bu təcrübəni aprelin 14-dək uzatmaq qərarına gəlib.
Digər tərəfdən,  son 24 saat ərzində daha 118 nəfərə virus diaqnozu qoyulduqdan sonra Malayziya daxilində COVID-19 yoluxanların sayı 4 min 346-ya yüksəlib.

Son 24 saatda, bir xəstənin öldüyü və ölənlərin ümumi sayının 68-ə çatdığı, bu günə qədər koronavirusdan sağalanların sayının 1828 olduğu bildirilib.