Yeni növ koronavirus (Covid-19) yoluxan yaşlı insanların bu virusdan sağalmalarının çətin olduğu artıq hər kəsə məlumdur.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin Yorkçayr şəhərində yaşayan və bir müddət öncə koronavirusa yoluxduğu aşkarlanan 99 yaşlı Albert Çambers bu virusa qalib gələ bilib.

2-ci Dünya müharibəsi veteranı olan yaşlı kişi xəstəxananı həkimlərin alqışları ilə tərk edib. O, xəstəxanadan evə gedərkən həkimlərə "Çox təşəkkür edirəm, mənim üçün etdiyiniz hər şey üçün minnətdaram. Daha yaxşı ola bilməzdim" sözlərini deyib.