Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) səbəbindən ölənlərin sayı artmaqdadır.

Unikal.org "Worldometer"-ə istinadən xəbər verir ki, artıq dünyada 100 260 nəfər koronavirusdan dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı isə 1 647 624 nəfər olaraq açıqlanıb.

Qeyd edək ki, pandemiyanın ortaya çıxdığı ölkə olan Çində isə 3 366 nəfər bu səbəbdən ölüb.