İngiltərədə son sutka ərzində 980 nəfər koronavirus səbəbindən dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 8 958-ə çatıb. Ölkə rəhbərliyi əhalini bir daha evdə qalmağa səsləyib.

Qeyd edək ki, Çinin Uhan şəhərində meydana gələn bu pandemiyadan ən çox əziyyət çəkən Avropa ölkələri İspaniya, İtaliya, İngiltərə və Fransadır.